Umayra Tağıyeva: İqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir

İqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, metan emissiyaları mövzusuna xüsusi diqqət yetirilməlidir, çünki onlar ətraf mühitin çirklənməsində mühüm rol oynayır: “Bu, son 20 ildə karbon qazından 80 dəfədən çox üstün olan ən güclü çirkləndirici amillərdən biridir”.

U.Tağıyeva vurğulayıb ki, 2030-cu ilə qədər istehsalat tullantısı kimi metan emissiyaları təxminən 30-35 % azalmalıdır: “İqlim həftəsinin günlərindən birinin metan emissiyaları mövzusuna həsr olunması çox vacibdir”.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37