Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb - EKSKLÜZİV

Bakı. 3 may. REPORT.AZ/ Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"un sorğusuna cavab olaraq bildirib ki, U.Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji təbliğat şöbəsində işləyəcək. 

Onun sözlərinə görə, U.Tağıyeva nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işləri ictimaiyyətə çatdıracaq: "Bəli, bundan sonra Umayra Tağıyeva hava proqnozu, atmosfer havası, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək".

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24