Umayra Tağıyeva: "Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək"

Bakı. 5 iyul. REPORT.AZ/ "Bu gecədən başlayaraq Azərbaycan ərazisində güclü külək əsəcək".

Bunu "Report"a açıqlamasında ETSN-in ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva deyib.

O bildirib ki, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra iyul ayının 5-dən 6-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb və şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır: "Bu proses nəticəsində havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək".

Regionlarda olan hava şəraitinə gəlincə, mütəxəssis deyib ki, dağlıq və dağətəyi rayonlarında iyul ayının 6-7-8-də qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimal olunur: "Bəzi rayonlarda qərb küləyinin güclənməsi proqnozlaşdırılır".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34