Umayra Tağıyeva: Azərbaycanda daşqın hadisələri iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir

Hökumətlərarası ekspert qrupunun son hesabatlarında iqlim dəyişikliyinin sürətlənməsinə diqqət yetirilir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes” Forumunda deyib.

Onun sözlərinə görə, buna görə də anomal hallar baş verir:

"Azərbaycanda 1999- 2000- ci ildə dörd sel, daşqın olubsa, 2020-2021- ci ildə 50 belə hadisə oldu. 2023-cü ildə isə rəqəmlərdə rekord qeydə alınıb. Ötən il 147 sel daşqın hadisəsi müşahidə olundu. Bu da iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir", - U.Tağıyeva deyib.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24