Umayra Tağıyeva: "ETSN plastik tullantıların yığılması üçün konteynerlər sifariş verib"

Bakı. 8 iyun. REPORT.AZ/ "Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların yığılması üçün konteynerlər sifariş verib".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında ETSN-in ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a deyib.

Onun sözlərinə görə, artıq Bakı, Sumqayıt, Gəncə şəhər icra hakimiyyətlərinə xüsusi konteynerlərin yerləşdirilməsi üçün məktublar göndərilib.

U.Tağıyeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların idarə olunması və maarifləndirmə işlərinə başlayıb: "Plastik qabların zərərinin qarşısını almaq üçün vətəndaşların özləri də səy göstərməlidir. Məsələn, mağazalardan alış-veriş edərkən karton və şüşə qablaşdırmada olan məhsullar alaraq plastik tullantıların zərərindən özümüzü qoruya bilərik. Bununla bağlı müəyyən problemlər isə dövlət tərəfindən öz həllini tapmalıdır".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34