Üç rayonda 5 qanunsuz kömür quyusu aşkarlanıb

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Qəbələ və İsmayıllı rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayon sakinləri Ədalət Əmrəliyev, Şakir İmanquliyev, İsmət Həsənov, Qəbələ rayon sakini Hacıağa Məmmədov və İsmayıllı rayon sakini Piralı Əkbərov olduğu müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Xidmət rəsmisi qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, belə hallarla rastlaşan şəxsləri isə Nazirliyin “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırıb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20