Türkiyəli nazir: “Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da inkişaf edəcək”

“Azərbaycanla qardaşlığa əsaslanan əlaqələrimiz bundan sonra da nümunəvi inkişaf edəcək”.

“Report”un xəbərinə görə, bunu ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi tvitterdəki hesabında yazıb.

“Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və onun nümayəndə heyəti ilə Türk evində görüşdük. Ortaq dil, mədəniyyət və tarixdən qaynaqlanan qardaşlığımıza əsaslanan əlaqələrimiz bundan sonra da hər sahədə bir çox ölkələrə nümunə olacaq səviyyədə inkişaf edəcək”, - Vahit Kirişçi sosial şəbəkə hesabında qeyd edib.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24