Bakıda gölün qurudulması ilə aparılan tikinti işləri dayandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakıda yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayəti araşdırıb. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub.

O qeyd edib ki, təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək.

Digər xəbərlər

Sabah hava yağmursuz keçəcək 05 yanvar, 2026 / 12:12
Qaxa 25 sm qar yağıb 02 yanvar, 2026 / 12:48
Sabah sulu qar yağacaq - PROQNOZ 01 yanvar, 2026 / 12:22