Temza çayının mənbəyi ilk dəfə quruyub

Böyük Britaniyada yağmursuz hava şəraiti və yüksək temperatur Temza çayının mənbəyinin tarixdə ilk dəfə qurumasına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti İngiltərə, Uels, Şimali İrlandiya və İrlandiya Respublikasında şirin su ekosistemlərini qoruyan və mühafizə edən “Rivers Trust” ekoloji təşkilatına istinadən yazıb.

Qeyd olunub ki, indi çayın İngiltərənin cənub-qərbindəki Qlosterşir qraflığında Cirencester şəhəri yaxınlığındakı mənbəyi 5 mil (8 km) aşağıya doğru irəliləyib. Qlosterşirdən başlayan və uzunluğu 330 km olan Temza çayı Britaniya paytaxtından şərqdə, Şimal dənizinə tökülür. Eni 250 m-ə çatan çay Vindzor, Oksford, London da daxil olmaqla bir sıra Britaniya şəhərlərindən keçir.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24