Şüvəlanda çimərlikdə tullantıların qalaqlanmasına görə icra nümayəndəsi cərimələnib

Bakı. 8 avqust. REPORT.AZ/ Şüvəlan qəsəbəsində tullantıların qalaqlanmasına görə icra nümayəndəsi cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şüvəlan qəsəbəsinin “Mayak” çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan siqnal nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, sözügedən əraziyə məişət tullantılarının atılması nəticəsində qanunsuz zibilxana yaranıb. Faktla bağlı protokol tərtib olunub, Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə icra nümayəndəsi Mirzərauf Axundov inzibati qaydada 2000 manat məbləğində cərimə edilib.

Ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi üçün Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02