Bayram günlərində Şuşa, Kəlbəcər və Laçında müşahidə olunacaq hava şəraiti açıqlanıb

Bayram günlərində Şuşa, Kəlbəcər və Laçında müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, Şuşa, Kəlbəcər, Laçında dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 3° şaxtdan 2°-dək isti, axşam 3° şaxta olacaq.

Dekabrın 31-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 1-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1° şaxtdan 4°-dək isti olacaq.

Yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 3-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 4-də hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37