Sumqayıtda yanğın nəticəsində atmosferə yayılan qara tüstü axını ilə əlaqədar araşdırma aparılır - YENİLƏNİB

Bu gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğın nəticəsində atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən hazırda sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürülür.

"Report"un xəbərinə görə, nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

15:38

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova "Report"a bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb.

O qeyd edib ki, hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24