Sumqayıtda Xəzəri çirkləndirən istirahət mərkəzinin rəhbəri barədə protokol tərtib olunub

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi tədbirlər həyata keçirir.

DİN-dən "Report"a verilən məlumata görə, növbəti belə tədbir Sumqayıt şəhəri ərazisində keçirilib.

Reyd zamanı “Alma” istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib və A.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsi) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilmişdir.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22