Sumqayıtda tut ağacını kəsdirən qadınla bağlı akt tərtib olunub

Bakı. 30 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Sumqayıt şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, keçirilən reyd zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşköküstə 70 sm diametrliyində 1 ədəd çoxillik tut ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı həmin ağacın Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə sakini Gülüstan Babayevanın göstərişi ilə kəsildiyi və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02