Sumqayıtda qanunsuz ağac kəsimi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 104 ünvanında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” MMC tərəfindən kəsildiyi və təbiətə 26100 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib: “Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24