Bu dəfə jurnalistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat!” devizi ilə başlatdığı yaz ağacəkmə kampaniyası çərçivəsində Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.
“Report” xəbər verir ki, aprelin 27-də keçirilən aksiyada 100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib, son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıtın təbiətinə daha bir töhfə verilib.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, əkilən ağac tingləri ETSN-in “Azəryaşlandşaft” ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
ETSN yazağacəkmə aksiyalarında istirak edən bütün təşkilatlara, ictimaiyyət və media nümayəndələrinə öz təşəkkürünü bildirir və növbəti ağacəkmə kampaniyalarının daha da kütləviləşəcəyinə ümid edir.