Stüart Broklharst: Görünməmiş istiləşməyə görə bəşəriyyət cavabdehdir

Yer kürəsinin iqlimi tarix boyu dəyişib, lakin son on ildə biz orta temperaturun görünməmiş artımını müşahidə edirik.

“Report” xəbər verir ki, bunu bizneslə qarşılıqlı fəaliyyət və innovasiyalar üzrə vitse-kansler, Ekseter Universitetində “Green Futures Solutions”ın direktoru Stüart Broklharst Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsində deyib.

O qeyd edib ki, qalıq yanacağın yandırılması, meşələrin qırılması, təbii landşaftın dəyişdirilməsi kimi insan fəaliyyəti balanslaşdırılmış təbii karbon tsiklinin pozulmasına və nəticədə istixana effektinin artmasına səbəb olub.

Ekspert vurğulayıb ki, iqlim dəyişikliyi bəşəriyyətin qarşısında duran ən böyük çağırışdır. "Bu problemi həll etmək üçün məsuliyyət bizim nəslin üzərinə düşür", - direktor qeyd edib.

Digər xəbərlər

Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58
Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55