Son üç gündə ölkədə 56 mindən artıq ağac əkilib

Bu gün Siyəzən və Samux rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 5 hektar ərazidə 10 000-dən çox meşəcinsli ağac tingi əkilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, son 3 gün ərzində Zaqatala, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş, Tovuz, Samux, Şəmkir, Siyəzən, Quba, Masallı və Lənkəran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 33 hektar meşə fondu ərazisində 56 000-dən artıq meşəcinsli ağac əkilib, 500 kiloqram toxum səpilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37