Son illərdə 170 meşə mühafizəçisi işdən çıxarılıb, 155 nəfər barəsində ciddi intizam tədbirləri görülüb

"Son bir neçə ildə 170 meşə mühafizə əməkdaşı işdən çıxarılıb, 155 nəfər barəsində ciddi intizam tədbirləri görülüb, 91 nəfərə töhmət və ya xəbərdarlıq elan olunub".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyində şikayət xarakterli 2 437 müraciət daxil olub: "Araşdırmaların nəticəsi olaraq 2 488 akt tərtib edilib. Onlardan 65-i haqqında inzibati xətalar haqqında protokol olub. 441 474 manat qanunsuz meşə qırıntısı ilə bağlı cərimə tətbiq olunub. 124 iş cinayət tərkibi yaratdığından hüquq mühafizə orqanlarına, 26 iş prokurorluğa təqdim olunub".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24