​SOCAR ötən il ekoloji vəziyyətin yaxşılaşdırılmasına 23 mln. manat xərcləyib

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2015-ci il ərzində 23,0 mln. manat məbləğində maliyyə vəsaiti ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində xərclənib.

"Report" xəbər verir ki, bu barədə şirkətin "Davamlı İnkişaf haqqında" hesabatında qeyd olunub.

2013-cü ildə bu rəqəm 18,0 mln. manat, 2014-cü ildə isə 14,0 mln. manat təşkil edib.

Hesabata əsasən, bundan başqa, SOCAR (Azərbaycan) tərəfindən dövlət büdcəsinə ekoloji ödənişlər 2015–ci ildə 132,5 min manat təşkil edib. 2013-cü ildə bu vəsait 220,5 min, 2014-cü ildə isə 175 min manat olub.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38