Siyəzəndə asfalt zavodunun nümayəndəsi cərimələnib

Siyəzəndə asfalt zavodunun nümayəndəsi cərimələnib.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunda fəaliyyət göstərən “2 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodundan atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub.

Faktla bağlı zavodun səlahiyyətli nümayəndəsi Xoşbəxt Adıgözəlov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37