Şirvan Milli Parkına yeni direktor təyin olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkına yeni direktor təyin edilib.

“Report”un Aran bürosunun məlumatına görə, bu vəzifəyə Seymur Kərimov təyinat alıb.

1978-ci il təvəllüdlü Kərimov Seymur Maarif oğlu Salyan şəhərində anadan olub. O, bundan əvvəl Şirvan Milli Parkında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Şirvan Milli Parkı Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonları ərazisində yerləşir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37