Şənbə günü hava yağışlı olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, səhər saatlarında duman olacaq.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-9° isti olacaq.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37