Şənbə günü Bakıda 26 dərəcə isti olacaq

Bakı. 22 may. REPORT.AZ/ Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 23-də Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, mayın 23-dən 25-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58