Şəmkirdə ictimaiyyətin narazılığına səbəb olan ərazidə monitorinq aparılır

Şəmkirdə ictimaiyyətinin narazılığına səbəb olan ərazidə monitorinq aparılır.

"Report"un Qərb bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mobil laboratoriyası tərəfindən Quşçuluq fabriki tərəfindən quş peyini tökülən ərazidə monitorinq həyata keçirilir.

Quşçuluq fabriki tərəfindən Şəmkiri və ətraf kəndləri bürümüş kəskin iyi-qoxu ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür və götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır.

İlkin məlumata görə havanın çirklənməsi normadan 4 dəfə artıqdır.

Xatırladaq ki, son günlər fabrikin yerləşdiyi ərazinin ətrafında olan yaşayış məntəqələrində yayılan qoxu ilə bağlı rayon sakinləri aidiyyəti qurumlardan ən qısa zamanda tədbir görülməsini xahiş ediblər.

Şəmkir RİH-nin və əhalinin tələbi ilə qanunvericiliyin tələbinə əsasən yoxlamanın həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunub.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24