Səmərqənddə Beynəlxalq İqlim Forumu keçiriləcək

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya-Avropa İttifaqı sammiti çərçivəsində Beynəlxalq İqlim Forumu işinə başlayacaq.

“Report” xəbər verir ki, tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan dövlət başçısı Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcəklər. 

İki gün davam edəcək İqlim Forumu aparıcı ekspertləri, siyasətçiləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələrini iqlim dəyişikliyi, davamlı inkişaf və regional əməkdaşlıqla bağlı aktual məsələləri müzakirə etmək üçün bir araya gətirib.

Bu tədbirin bilik və qabaqcıl təcrübə mübadiləsi, həmçinin ətraf mühitin mühafizəsi sahəsində birgə həllərin işlənib hazırlanması üçün unikal platformaya çevrilməsi nəzərdə tutulur. 

Forumun sonunda yekun sənəd - iqlim dəyişikliyi problemlərinin həllinə Mərkəzi Asiya ölkələrinin vahid regional yanaşmasının formalaşdırılması üçün əsas olacaq Yaşıl İnkişafın Regional Konsepsiyası təqdim olunacaq. Bu sənədlə aparıcı beynəlxalq təşkilatların regionun ekoloji problemlərinə yanaşmaları əks ediləcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20