Sarısuda balıqların hansı səbəbdən tələf olduğu araşdırılır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın Sarısu gölündə balıqların kütləvi zəhərlənməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən monitorinq aparlıb.

Departamentin dierktor müavini Mətanət Avazova "Report"a bildirib ki, ilk növbədə gölün ətrafında vizual monitorinq aparılıb: "İlkin nəticəyə görə gölə antropagen təsir qeydə alınmayıb. Sadəcə olaraq, gölün müxtəlif dərinliklərindən su nümunələri götrülüb, analizlər aparılacaq. Tələf olan balıqlar götürülüb və müayinə üçün Balıqçılıq İnstitutuna verilib. Nəticələr məlum olan kimi balıqların hansı səbəbdən tələf olması ilə bağlı açıqlama veriləcək".

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 16 aprel, 2026 / 12:25
Sabah yağış yağacaq 14 aprel, 2026 / 12:49