Samuxda qanunsuz ov edənlər saxlanılıb 

Samux Ovçuluq Təsərrüfatının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Telman Rəhimov olduğu müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37