Şahdağda qarın hündürlüyü 25 sm-ə çatıb - FAKTİKİ HAVA

Bakı. 2 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvar ayının 1-dən 2-i səhərədək ölkə ərazisində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal, şimal-qərb küləyi əsib.

Departamentdən “Report”a bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 18, Oğuz 16, Qəbələ 15, Mingəçevir 14, Ağdərədə (Ordubad) 14, Zaqatala 12, Bərdə 8, Zərdab 7, Xınalıq 6 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 25, Xətəmdə 25, Qırızda 12, Xınalıqda 10, Daşkəsəndə 4, Gədəbəydə 5 sm təşkil edib.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37