Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, bununla Şahdağ Milli Parkındakı zubr balalarının sayı 5-ə çatıb. Bala sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

Xatırladaq ki, İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-2020-ci illər ərzində Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 17 baş zubr gətirilərək təbiətə buraxılıb.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02