Şahdağ Milli Parkına gözəllik qatan nəcib marallar - FOTOREPORTAJ

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsinə reintroduksiya edilmiş nəcib marallar milli parkın rəngarəng payız görüntülərinə xüsusi gözəllik qatıb.

"Report"un məlumatına görə, görüntüləri paylaşan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, Milli park yeni sakinləri olan nəcib marallarla daha da cəlbedici görünür və parkda fərqli peyzaj yaranıb.

Qeyd edək ki, bu il noyabrın 11-də Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində ilk maralların buraxılması mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Bildirilib ki, heyvanların xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsini və daha sonra ölkənin müxtəlif bölgələrində, maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılmasını nəzərdə tutur.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37