Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınıb

Bakı. 29 iyul. REPORT.AZ/ Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısı alınıb. 

"Report"un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tüstülənmə davam edir, açıq alov müşahidə olunmur.

Hazırda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. 

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24