Sabit Bağırov: Beynəlxalq təşkilatların Ermənistana verdiyi tövsiyələrin tələblərə çevrilməsi üçün addımlar atılmalıdır

Beynəlxalq təşkilatların Ermənistana verdiyi tövsiyələrin tələblərə çevrilməsi üçün addımlar atılmalıdır.

"Report" xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi Sabit Bağırov Ermənistanın mineral xammal resurslarının rəqəmsal xəritəsinin təqdimatında deyib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən və Azərbaycana axan 10 çayın hamısı təhlükəlidir:

"Ermənistanın dağ-mədən sənayesi həmin çayların sularına ciddi zərər vurur. Ölkədə 15 xüsusi tullantı zavodu var və əksəriyyəti də sovet dövründə yaradılıb. Həmin zavodların tullantı anbarları çox təhlükəli durumdadır. Bu məlumatı Ermənistan mediası da faktlarla paylaşmışdı. Ona görə də təhlükənin fərqindəyik və ekoloji problemin qarşısının alınmasında ciddi fəaliyyət göstərməliyik. Beynəlxalq təşkilatların Ermənistana verdiyi tövsiyələrin tələblərə çevrilməsi üçün addımlar atmalıyıq".

S.Bağırov təklif edib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü öz Standartında ekoloji normaların tətbiqinə dair meyarları gücləndirməlidir:

“Belə olsa, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvü olan Ermənistan bu sahədə daha şəffaf və məsuliyyətli olar. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası üzrə Katibliyi də bu problemlə bağlı konkret mövqe ortaya qoymalıdır. Biz onlarla da görüşməyə hazırıq. Çünki Ermənistan bu Konvensiyaya qoşulmaqdan qaçır”.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20