Sabirabadda tullantıları qalaqlayaraq yandıranlar cərimələnib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu Nərimanabad kəndi ərazisində fəaliyyət göstərən avtomobillərə texniki xidmət məntəqələrində formalaşan müxtəlif mənşəli tullantıların qalaqlanaraq yandırıldığı aşkar edilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı məntəqələrin sahibləri Sabirabad rayon sakinləri Fəqan Ağazadə, İmaməli Həsənov, Ulduz Kərimov və Mahir Bağırov barəsində protokollar tərtib olunub.

Təqsirkarların hər biri inzibati qaydada 500 manat məbləğində cərimə edilib və tullantıların qısa müddət ərzində təmizlənməsi üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38