Sabahın hava proqnozu açıqlanıb

Avqustun 8-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  32-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

8 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir. Bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir.

Digər xəbərlər

Sabah hava yağmursuz olacaq 25 fevral, 2026 / 12:31
Sabah hava çiskinli olacaq 24 fevral, 2026 / 12:27
Sabah Bakıda hava çiskinli olacaq 23 fevral, 2026 / 12:23