Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Şənbə günü Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın əksər rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37