Sabah Bakıda yağış, rayonlarda intensiv qar yağacaq

Bakıda və Abşeron yarımadasında martın 11-də gün ərzində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20