Sabahdan havanın temperaturu aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakı. 12 iyul. REPORT.AZ/ Sabahdan havanın temperaturu aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 13-dən 16-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərədə arabir güclənəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24