Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 22-si günün ikinci yarısından 23-ü axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında iyunun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 24-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37