Bakıda yağış yağacaq, dağlıq rayonlarda yollar buz bağlayacaq

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava, əsasən, yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq.

Dağlıq rayonlarda yollar buz bağlayacaq.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02