Sabah rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Mülayim şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37