Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxtda şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38