Sabah temperatur aşağı enəcək, güclü külək əsəcək, yağıntılar intensivləşəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu aşağı enməyə başlayacaq, güclü külək əsəcək, yağıntılar intensivləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gündüz saatlarında şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında axşamdan başlayaraq prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var.

Aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34