Sabah havanın temperaturu 37 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında iyunun 16-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37