Sabah hava yağıntılı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək.

Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02