Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah Bakı və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

Belə ki, Bakı və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Xaçmaz, Xınalıq, Qusar, Neftçala, Şamaxı, Qobustanda cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Eyni zamanda Şabran, Siyəzən, Xızı, Altıağacda cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək ki, bu da narıncı xəbərdarlığa uyğun gəlir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37