Sabah Bakıda 5, rayonlarda 10 dərəcə şaxta olacaq

Bakı. 2 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış, qar yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, havanın temperaturunun gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonların qar yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Dağlarda 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq. 

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38