Sabah Bakıda 30 dərəcə isti olacaq

Bakı. 29 avqust. REPORT.AZ/ Sabah Bakıda 30 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Əsən qərb güləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Temperatur gecə 19-22, gündüz 26-30 dərəcə isti olacaq. 

Azərbaycan rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 19-24, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. 

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37