Sabah Azərbaycanda hava yağmursuz olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. 

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-23, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 3-də hava yağmursuz keçəcək, qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20