Sabah Azərbaycan ərazisində hava şəraiti yağmursuz olacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 13-də paytaxtda əsən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər

Sabah da Bakıya yağış yağacaq 03 oktyabr, 2026 / 12:33
Kəlbəcərə sulu qar yağıb 02 oktyabr, 2026 / 10:23
Sabah Azərbaycanda leysan yağacaq 01 oktyabr, 2026 / 13:20
Sabah rayonlara yağış yağacaq 29 sentyabr, 2026 / 12:43